Mədəniyyət Nazirliyindən bildirilib ki, nazir Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.
Rusiyalı həmkarını səmimi salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qeyd olunub ki, son illərdə iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.
Görüşə görə təşəkkürünü bildirən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə aktual mövzuların müzakirə olunduğunu deyib.
Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
kulis.azMədəniyyət naziri rusiyalı həmkarı ilə görüşdü ( 6052042)
-
tehsil.bizMədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb ( 6018914)
-
day.azMədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb ( 5986252)
-
teleqraf.comMədəniyyət naziri rusiyalı həmkarı ilə görüşdü ( 5986021)
-
senzor.azMədəniyyət naziri rusiyalı həmkarı ilə görüşdü ( 5984998)
-
sfera.azMədəniyyət naziri rusiyalı həmkarı ilə görüşdü ( 5984704)
-
demokrat.azAzərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib ( 5984227)
-
iqtisadiyyat.azAzərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib ( 5983804)
-
525.azAzərbaycan X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib ( 5983774)
-
baku.wsAzərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib - FOTO ( 5983723)