Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, çavuş Sait Toktaş "Pənçə-Kilit" əməliyyatı bölgəsində onun olduğu posta ildırım düşməsi nəticəsində şəhid olub.