AZ

ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 5,25-5,5% səviyyəsində saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FRS) ardıcıl altıncı dəfə dərəcəsini illik 5,25-5,5% səviyyəsində saxlayıb.

 

Qeyd olunur ki, inflyasiya müəyyən qədər azalsa da, 2%-lik hədəf səviyyəsindən çox uzaqdır.

 

“İyun ayından başlayaraq, Komitə xəzinədarlığın geri alışları üzrə aylıq limiti 60 milyard dollardan 25 milyard dollara endirməklə qiymətli kağızların geri alınması tempini azaldacaq ”, - deyə məlumatda qeyd  olunur.

31 yanvar 2024-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel ölkənin 2024-cü ildə benchmark faiz dərəcəsini endirə biləcəyini bildirib.

Daha əvvəl xəbər verilmişdi ki, İngiltərə Bankı FED-dən əvvəl faizləri endirməyə başlaya bilər.

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
17
Mənbələr
Şərh ()
Bağla