AZ

ABŞ Ukraynaya yeni PDM-lər verəcək

ABŞ Ukraynaya verilmiş hər bir “Bradley” markalı piyadaların döyüş maşınını (PDM) bu texnikanın yeni versiyası ilə əvəz etmək istəyir. O, aktiv müdafiə ilə təchiz olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "RBK-Ukrayna” ABŞ-nin Yerüstü Döyüş Sistemləri Proqramının İcra Ofisinə (Program Executive Office Ground Combat Systems) istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ ordusu Ukraynaya hədiyyə edilən hər bir “Bradley” PDM-inin qarşılığında bu texnikanın yeni versiyasının - M2A4E1-in alınması üçün maliyyə alıb.

“Bradley”nin M2A4E1 versiyası keçən həftə Men ştatında təqdim edilib.

“M2A4E1 “Iron Fist” aktiv müdafiə sisteminin inteqrasiyası sayəsində “Bradley”nin ən qabaqcıl və dayanıqlı versiyasıdır”, - məlumatda deyilir.

PDM-in bu versiyasında həmçinin təkmilləşdirilmiş atıcı nişangahı və desant üçün iqlim nəzarəti də var.


Müəllif: Teleqraf.com
Seçilən
151
8
Mənbələr
Şərh ()
Bağla