AZ

“Dedim ki, Kamran, mən sənin atanam, məni vurma”

Bakının Yasamal rayonunda 1990-cı il təvəllüdlü oğlu Kamran İsrafilovu qətlə yetirən 68 yaşlı Ramiz İsrafilovun məhkəməsi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Oğulun ölümünə, atanın həbsə düşməsinə səbəb olan hadisə ötən ilin aprelində baş verib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində oğlunun içki aludəçisi olduğunu, buna görə ondan tez-tez spirtli içki almaq üçün pul istədiyini, vermədikdə ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini bildirib.

Atasının sözlərinə görə, oğlu iki ay narkoloji dispanserdə müalicə alsa da, üç dəfə qanını dəyişsə də, yenə içkiyə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
3
publika.az

10Mənbələr