AZ

Basketbol: “Xəzri” də pley-offa qələbə ilə başladı

Bu gün – mayın 1-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.

Arena.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsinin ikinci oyunu “Xəzri” və “Sərhədçi” komandaları arasında baş tutub.

Bu komandalar arasındakı seriyanın birinci oyununda debütant “Xəzri” komandası 98:64 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə “Xəzri” seriyada 1:0 hesablı üstünlük əldə edib.

Qalib komandanın ən məhsuldar basketbolçusu Ceremi Maklaflin olub – 35 xal, 12 ribaund. “Sərhədçi”də isə Kaleb Hanter fərqlənib – 14 xal, 3 ribaund.

Qeyd edək ki, bu komandalar arasında seriyanın ikinci oyunu mayın 3-də baş tutacaq.

Daha öncə “Xırdalan” seriyanın ilk oyununda “Neftçi”ni 80:75 hesabıyla üstələmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
arena.az

4Mənbələr