AZ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatdı

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk günün son tədbiri dini liderlərin plenar sessiyası olub.

Publika.az xəbər verir ki, tədbirə dünyanın 38 ölkəsindən və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddizm, hinduizm və digər dinlərin liderləri və nümayəndələri qatılıblar.

BMT Sivilizasiyalar Alyansının nümayəndəsi Nihal Saadın moderatorluğu ilə keçirilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos əsas məruzə ilə çıxış ediblər.

Allahşükür Paşazadə Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modelinin bütün dünya üçün örnək olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri ideyalar həmrəyliyə, sülhə xidmət edir.

Şeyxülislam vurğulayıb ki, COP tədbirləri çərçivəsində dini liderlərin iştirakı ilə sülh naminə real əməkdaşlıq müstəvisinin təşkili istiqamətində səylər təqdir olunmalıdır.

Radikalizmin mənfi təsirlərindən danışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Bəzi Avropa ölkələrində Quranın yandırılması, məscidlərə hücum və bu kimi digər halları dini dəyərlərə nifrətin nümunələri kimi şiddətlə pisləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
publika.az

4Mənbələr