AZ

İsrail ordusu Hizbullah komandirlərindən birini öldürdü

İsrail Müdafiə Qüvvələri (İDF) Hizbullahın Cənub Cəbhəsi bölməsinin yüksək səviyyəli səhra komandiri Hüseyn İbrahim Meçinin məhv edildiyini açıqlayıb

"Unikal" xəbər verir ki, bu barədə ordunun "Telegram" kanalında məlumat paylaşılıb. 

İDF Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin köməyi ilə Meçiyə hücum edib və onu Sur şəhəri ərazisində öldürüb. Hərbi idarənin məlumatına görə, öldürülən komandir Livanın mərkəzi və qərb bölgələrinə cavabdeh olub. Həmçinin o, döyüşlər zamanı İsrail xəttinin arxasında bir çox tapşırıqların planlaşdırılması və həyata keçirilməsinə cavabdeh idi.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
24
unikal.az

10Mənbələr