AZ

İlham Əliyev Ermənistana dəstək verən bəzi ölkələrdən, onların havadarlarından DANIŞDIVİDEO

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Bu gün də  məhz Azərbaycan baza prinsipləri, sülh sazişinin lahiyəsini hazırlayaraq, Ermənistana danışıqları başlamaq təşəbbüsünü irəli sürüb. Hazırda bizim təkliflərin layihəsi üzərindən 2 ölkə arasında danışıqlar aparılır.

Bu fikirləri Prezident İlham Əliyev  VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı səsləndirib . 

Dövlət başçısı Ermənistana dəstək verən bəzi ölkələrdən, onların havadarlarından, əsl niyyətlərindən və bütün bunlar fonunda son nəticələrdən də danışıb.

Mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, post münaqişə vəziyyəti, turizm, süni zəka məsələlərinin müzakirə olunduğu forumun ilk günündə dövlət başçısı bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması məsələsinə diqqət çəkib.

Dövlət başçısı bəzi ölkələrdə, imperiyalarda yaşayan xalqların  azadlıq , müstəqillik ilə bağlı çağırışlarını, onların öz hüquqlarını , dilini, mədəniyyətini  qorumaq istəklərini dilə gətirib.

Prezident İlham Əliyev  Azərbaycanın çoxtərəfliliyə qəti şəkildə sadiq olduğunu deyərək, ölkəmizin COP29-a ev sahibliyindən danışıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla