AZ

Qobustan xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib.

Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.

Qobustan Rayon Məhkəməsi onların iddiasını təmin etməyib. Lakin xəstəxananın keçmiş işçiləri geri çəkilmək niyyətində görünmürlər. Onlar apellyasiya şikayəti versələr də, təmin edilməyib. İş hazırda Ali Məhkəmədədir. Mehparə Əhmədova iş üzrə hakim təyin edilib.

Məhkəməyə müraciət edənlərdən Aynurə Qayıbova və Xatirə Vahidovanın mediada açıqlamaları yayılıb. Məlum olur ki, onların hər ikisi xəstəxananın keçmiş baş həkimi Emin Hüseyni tərəfindən işdən çıxarılıb. Onlar həmçinin keçmiş baş həkimin qanunsuz əməllərindən bəhs edib.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadır. O, bu ilin martında direktor vəzifəsinə təyinat alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
12
axar.az

10Mənbələr