AZ

Samir Abasov Xavidən xahiş etdi: “Onu soruşmayın” - VİDEO

Təcrübə toplamaq məqsədi ilə bir həftəlik İspaniyaya yola düşən Samir Abasov “Barselona”nın baş məşqçisi Xavi Hernandezlə görüşmək imkanı qazanıb.

“Sumqayıt”ın çalışdırıcısı ilə İspaniya nəhənginin “sükan sahibi”nin görüşü maraqlı dialoqla yadda qalıb.

Xaviyə həmkarının Azərbaycandan gəlməsi haqda məlumat veriləndən sonra baş məşqçilərin söhbəti belə alınıb:

X.H.: Azərbaycandan gəlmisiniz? Sizi görmək xoş oldu.

S.A.: Milli komandaların heyətində bir-birimizə qarşı oynamışıq. Siz qalib gəlmişdiniz.

X.H.: Mən də oradaydım uzun illər öncə. İspaniya millisi ilə gəlmişdim. 2, yoxsa 3 top vurmuşduq?

S.A.: Yox-yox, xahiş edirəm, onu soruşmayın. 6:0 udmuşdunuz.

2009-ci ilin iyunun 9-da Azərbaycan və İspaniya milliləri yoldaşlıq görüşü çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlmişdi. Samir Abasov start heyətində meydana çıxsa da, Xavi Hernandez ikinci yarıda mübarizəyə qoşulmuşdu.

David Vilyanın het-trik etdiyi qarşılaşmada Alberto Riera, Dani Guiza və Fernando Torres hərəyə bir dəfə fərqlənmişdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
sportinfo.az

1Mənbələr