AZ

Voleybol: Kişilərdən ibarət Azərbaycan millisi də hazırlığa başladı

Bu gün voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, məşqlər baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaqlar.

Qeyd edək ki, millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
7
arena.az

7Mənbələr