AZ

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Bakı, 1 may, AZƏRTAC

COP29-da iqlim dəyişikliyi məsələsinin həlli üçün qətiyyətə yaxınlaşmağımız zəruridir.

AZƏRTAC xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə görüşündə TÜRKSOY-un Baş katibi Sultan Raev deyib.

Onun sözlərinə görə, yaşıl iqtisadiyyata keçid üçün cəsur liderlik, yeni həllər, cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin edən səmərəli əməkdaşlıq vacibdir.

“Mədəni diplomatiyanın gücündən istifadə edən əməkdaşlığa əsaslanan fəaliyyətlər yolu ilə gələcək nəsillər üçün davamlı inkişafa nail ola bilərik. İqlim dəyişikliyi təkcə bioloji müxtəlifliyi, təbii mühiti deyil, mədəni irsi də təhdid edir. Odur ki, sərhədləri aşan mədəni fəaliyyətlər yaratmaq bizim borcumuzdur.

TÜRKSOY olaraq mədəni diplomatiya və ətraf mühit idarəsinin bir-biri ilə bağlı olduğunun fərqindəyik. Mədəni gücü ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə üçün katalizator olaraq istifadə etməyə çalışırıq”, - deyə o bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
12
azertag.az

10Mənbələr