AZ

Ravvin Qedi Qroniç: “Bakı nadir şəhərlərdəndir ki, mən yəhudi olaraq, küçədə sərbəst gəzə bilirəm”

“Bakı nadir şəhərlərdəndir ki, mən yəhudi olaraq, küçədə sərbəst gəzə bilirəm” 

Oxu.Az xəbər verir ki, bunu Avropa Ravvin Konqresinin nümayəndəsi Ravvin Qedi Qroniç Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

“Bakı dünyada çox nadir şəhərlərdəndir ki, mən bir yəhudi olaraq, küçədə tam sərbəst gəzə bilirəm. Mən Bakıda Sinoqoqa gedirəm, gedə bilirəm. Mənə heç kəs mane olmur. Biz dinlərarası dialoqa inanırıq, biz bu dialoqun iştirakçısıyıq”, - o əlavə edib.

Nəzrin Vahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
oxu.az

3Mənbələr