AZ

İngiltərə VAR-la bağla yeniliyə hazırlaşır

İngiltərə Premyer Liqasında oyunlarda ədalətin mütləq dərəcədə təmin edilməsi məqsədilə yenilik tətbiq ediləcək.

Arena.az xəbər verir ki, növbəti mövsümdən etibarən Premyer Liqa hakimləri stadiondakı tamaşaçılara, VAR monitoruna baxdıqdan sonra ilkin qərarlarını niyə dəyişdiklərini izah etməli olacaqlar.

Bu barədə ESPN portalı məlumat yayıb. İngiltərə Premyer Liqasının baş hakim-müfəttişi Hovard Uebb bu barədə məlumat verib. Qərarların yalnız hakimin VAR monitoruna şəxsən yanaşmasından sonra və ilkin qərarı dəyişdirdiyi halda izah ediləcəyi vurğulanır.

Hazırda bu qərar Premyer Liqa tərəfindən hələ təsdiqlənməyib, amma bu, sadəcə, rəsmi xüsusiyyət daşıyır:

“Bu, həqiqətən təkmilləşdirməyə ehtiyacı olan bir məqamdır. Müvafiq verilişlərdəki izahatları dinləyəndə nə baş verdiyi dərhal aydın olur. Biz stadionda qarşılıqlı əlaqəni yaxşılaşdırmaq yollarını axtarırıq”, deyə Uebb bildiirb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
arena.az

2Mənbələr