AZ

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib 

Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə Bakı şəhərindəki Fəvvarələr meydanında lV Beynəlxalq Autizm Festivalı keçirilib.

Hafta.az xəbər verir ki, festivalın keçirilməsində məqsəd autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiyası yolunda görülən işləri nümayiş etdirmək, cəmiyyətin diqqətini autizm spektr pozuntusu olan uşaqların çətinliklərinə yönəltməkdir.

Festivalda ölkə üzrə fəaliyyət göstərən autizm mərkəzləri bir araya gəlib. Burada autizmli uşaqların əl işləri, təlimçilərin reabilitasiya proqramları nümayiş olunub.

Tədbirdə yerli mərkəzlərlə yanaşı türkdilli dövlətlərdən olan təşkilatların nümayəndələri də fəaliyyətlərini ictimaiyyətin diqqətinə çatdırıblar. Eyni zamanda, festivalda dövlət rəsmiləri, Milli Məclis deputatları və tanınmış ictimai xadimlər iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
hafta.az

4Mənbələr