AZ

Şahmat yarışının ikincisi Rauf Məmmədovun xanımı imiş - FOTOlar

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanın çempion olduğu Avropa çempionatında kişi qrossmeysterimiz Rauf Məmmədovun xanımı, Ukraynanı təmsil edən Natalia Buksa da medalçı olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şahmatçı qitə birinciliyində "gümüş" qazanıb. 

O, bununla bağlı feysbuk hesabında paylaşım edib. N.Buksa fəxri kürsüyə yüksəldiyi üçün xoşbəxt olduğunu bildirib: "Qadınlar arasında keçirilən Avropa çempionatında ikinci yeri tutdum. Çox qürurluyam ki, Ukrayna bayrağını Avropa çempionatında qaldırdım. Bu işdə mənə kömək edən hər kəsə təşəkkür edirəm. Həmçinin Ülviyyə Fətəliyeva və Lela Cavaxişvilini təbrik edirəm". 

Qeyd edək ki, Natalia Buksa 2018-ci ildə Rauf Məmmədovla ailə həyatı qurub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
7
milli.az

8Mənbələr