AZ

“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində “Azerbaijan Fish Farm” şirkətinin əməkdaşı Ülviyyə Cəfərova tərəfindən tələbələr üçün “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirilib.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun mütəxəssisi Yeganə İmanova sektorun fəaliyyəti, təşkil edilən təlim və seminarlar haqqında məlumat verərək, tələbələri aktiv olmağa səsləyib.
 
“Azerbaijan Fish Farm” şirkətinin əməkdaşı Ülviyyə Cəfərova bildirib ki, beynəlxalq satış üzrə mütəxəssis şirkətin strateji hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması, ticarət əlaqələrinin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması, mövcud partnyorlar və müştərilərlə əlaqələrin inkişaf etdirilməsi, potensial partnyorlar və müştərilərin tapılması, ixrac əməliyyatları istiqamətində danışıqların aparılması, xidmətlər üzrə müqavilələrin hazırlanması, nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi, gömrükdəki iş prosesi üçün lazım olan sənədlərin hazırlanması və prosesin koordinasiya edilməsi kimi funksiyaları həyata keçirir.
 
Ülviyyə Cəfərova tələbələri şirkətin təcrübə proqramları ilə tanış edib, onların mövzuya dair suallarını cavablandırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
moderator.az

10Mənbələr