AZ

Ermənistanda jurnalistlərə təzyiqlər və zorakılıqlar – Abramyan hökumətə etiraz etdi

“Hökumətin göstərişi ilə polis kütləvi informasiya vasitələrinin peşəkar fəaliyyətinə mane olur”.

Yenicag.az “Hraparak”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Patev unem” fraksiyasının katibi Tiqran Abramyan sosial şəbəkə hesabına yazıb yazıb.

“Dünənə qədər “Vətəndaş müqaviləsi”nin deputatları jurnalistlərə qarşı zorakılığın yolverilməzliyindən ağız dolusu danışırdılar. Lakin paralel reallıqda İrəvan küçələrində eyni hakimiyyətin göstərişi ilə polis kütləvi informasiya vasitələrinin peşəkar fəaliyyətinə mane olur, jurnalistlərə qarşı təzyiqlər və zorakılıqlar göstərir.

Söhbət özlərindən gedirsə, hökumət onu dişləri ilə qoruyur, başqalarından gedirsə, o zaman onları itələmək, vurmaq, işləməyə imkan vermək olmaz”, – Abrahamyan “Facebook”da yazıb.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
25
yenicag.az

10Mənbələr