AZ

İran nüvə obyektlərini təftiş edən MAQATE müfəttişlərini ölkəyə buraxıb

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərinin təftişinə mane olmadıqlarını və bu agentliyə bağlı 130-dan çox beynəlxalq müfəttişin ölkədə burağıldığını bildirib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mətbuata açıqlama verən İslami: “Biz Agentliyin heç bir müfəttişinin İrana girişinə qadağa qoymamışıq və hazırda 130-dan çox müfəttişin yoxlamalar üçün İranda olmasına icazə verilib”, - deyə qeyd edib. MAQATE prezidenti Rafael Mariano Qrossinin İranın nüvə proqramının hərbi aspekti ilə bağlı açıqlamaları barədə suala İslami belə cavab verib: “Bunlar Qrossinin münasibəti deyil, jurnalistlərin ona verdiyi suallardır. Bu sualı tez-tez təxribatçı və sionist hərəkatlar verir, onlar daim dünyaya İranın nüvə proqramının dinc xarakter daşımadığını təlqin etməyə çalışırlar, lakin Qrossi həmişə bəyan edib ki, İranın silah proqramından əsər-əlamət yoxdur”. İslami MAQATE prezidenti Qrossinin mayın 6-8-də İsfahanda keçiriləcək Beynəlxalq Nüvə Elmləri və Texnologiyaları Konfransında iştirak edəcəyini bildirib. Qrossi fevral ayında İranla münasibətlərdəki problemləri həll etmək üçün Tehrana səfər etməyi planlaşdırdığını bildirib. MAQATE prezidenti bəyan edib ki, İranın uranın zənginləşdirilməsi sürəti ötən ilin sonundan etibarən bir qədər aşağı düşüb, lakin o, hələ də ayda təxminən 7 kq yüksək sürətlə, 60 faiz saflığa qədər uranı zənginləşdirməyə davam edir. 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında, sanksiyaların ləğv edilməsi üçün Tehranın nüvə fəaliyyətlərini tənzimləyən və nəzarət edən saziş imzalanıb. ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxmasından bir il sonra sazişdəki öhdəliklərini dayandıran İran, ilk olaraq 2021-ci ilin aprelində parlamentin qəbul etdiyi qanun çərçivəsində Natanzda uranı 60 faiz saflıqda zənginləşdirdiyini açıqlamışdı. MAQATE bəyan edir ki, uranın 60 faizədək zənginləşdirilməsi mülki məqsədlər üçün lazım deyil. Bununla belə, uranın 20 faiz və ya daha çox zənginləşdirilməsi 90 faiz saflıqda parçalana bilən urana çatmaq üçün mühüm addım hesab olunur ki, bu da nüvə bombasının istehsalına imkan verir. Qadir, Bizimyol.indo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
bizimyol.info

10Mənbələr