AZ

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bundan sonra da müstəmləkəçiliyə qarşı mübarizəyə dair beynəlxalq tədbirlər keçirəcək VİDEO

Abbas

Vyana, 1 may, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransda 20 ölkədən ekspertlər, siyasi fəallar, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının, eləcə də siyasi partiyaların üzvləri iştirak etdilər. Bu, bizim sayca 9-cu beynəlxalq konfransımızdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu bu il ərzində müstəmləkəçiliyə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransları bundan sonra da davam etdirəcək.

Konfransın ilk panelində assimilyasiyanın mənfi nəticələri və yerli əhalinin mədəniyyətinə, dininə, dilinə neqativ təsirləri barədə fikir mübadilələrinin aparıldığını vurğulayan Bakı Təşəbbüs Qrupunun rəhbəri tədbirdə səmərəli müzakirələrin həyata keçirildiyini qeyd edib.

Tədbir iştirakçılarının beynəlxalq təşkilatlara müraciətlər ünvanladıqlarını xatırladan A.Abbasov növbəti konfransların daha da səmərəli olmasına çalışacaqlarını deyib.

Seçilən
116
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq