AZ

Nazir: Azərbaycanda hər zaman müxtəlif din və ənənələrə sahib insanlar sülh içərisində yaşayıb

Azərbaycanda hər zaman müxtəlif din və ənənələrə sahib insanlar sülh içərisində yaşayıb.

“İki sahil” xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “ Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda keçirilən Nazirlərin 5-ci görüşündə çıxışı zamanı deyib.

“Mədəni və dini fərqlər ortaya çıxdığı zaman bu mövzuda dövlət olaraq balanslı siyasət yürütməyə çalışırıq”,- deyə nazir bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
ikisahil.az

2Mənbələr