AZ

Naftalanda göz müayinəsi aksiyası təşkil edilib

Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Şəhər Mərkəzi Xəstəxanasında göz müayinəsi aksiyası keçirilib.

 

Naftalan ŞMX-dan Aztibb.az-a verilən xəbərə görə, aksiyada şəhid ailələri, qazilər və onların ailə üzvləri iştirak edib.

 

Görmə problemi olanlara tibbi xidmət göstərilib, ambulator müalicə təyin edilib və məsləhətlər verilib.

 

İştirakçılar görkəmli oftalmoloq alimin anadan olmasının ildönümü ərəfəsində göz xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə xüsusi həssaslıqla yanaşılmasını Zərifə xanım Əliyevaya xas olan xeyirxahlıq ənənələrinin davamı kimi qiymətləndiriblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
3
aztibb.az

5Mənbələr