AZ

Polis Bakıda əməliyyat keçirdi:Saxlanılanlar var - FOTO

Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində tədbirlər keçiriblər. Nəticədə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Qurum bildirib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub.

Saxlanılan şəxslər barəsində araşdırma aparılır.​​​​​​

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
297
7
redaktor.az

10Mənbələr