AZ

"Youtube"dən istifadəçiləri hiddətləndirəcək QƏRAR

Çox reklam göstərdiyi üçün istifadəçilər tərəfindən tənqid edilən YouTube reklam sayını artırmaq qərarına gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, YouTube Premium abunəçilərinə heç bir reklam göstərməyən platforma pulsuz abunəçiləri reklamlarla doldurmağa başlayıb.

Google-un istifadəçiləri hiddətləndirəcək bu reklam strategiyasının əsas məqsədi istifadəçilərin ödəniş ödəyərək YouTube Premium-a keçməsini təmin etməkdir.

Şikayətlərə məhəl qoymayan YouTube videolar dayandırıldıqda ekranda görünən reklamları sınaqdan keçirir.

Google-dan Filip Şindler şirkətin bu təcrübəsinin xüsusilə brendlərdən müsbət nəticələr verdiyini açıqlayıb.

Şindler yeni reklam formatının YouTube-da nə vaxt görünməyə başlayacağı ilə bağlı heç bir məlumat verməyib.

Daxil olan məlumatlar göstərir ki, bu reklamlar ilk olaraq TV proqramında yayımlanacaq.

Digər tərəfdən, bu reklamların nə qədər davam edəcəyi, atlana bilməyəcəyi, mobil tətbiqə gəlib-gəlməyəcəyi kimi məlumatlar hələlik bəlli deyil.
 
Mikayıl
Seçilən
112
4
Mənbələr
Şərh ()
Bağla