AZ

Elektron ticarət nəhəngi bir gündə 1,6 milyard dollar qazanıb – RƏQƏMLƏR

Dünyanın ən böyük elektron ticarət platforması olan ABŞ-nin “Amazon” şirkətinin birinci rübdə gəliri 15,9 milyard dollar artıb. 


Sfera.az xəbər verir ki, şirkətin ilin birinci rübünə dair açıqladığı məlumata əsasən, “Amazon”un gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz artaraq 143,3 milyard dollara çatıb. Başqa cür ifadə etsək “Amazon” hər gün 1,59 milyard dollar gəlir əldə edib. 


2023-cü ilin birinci rübündə şirkətin gəliri 127,4 milyard dollar olub. 


“Amazon” ticarətdən başqa veb xidmətləri də göstərir.  “Amazon Web Services” (AWS) adlanan xidmət bölməsinin gəlirləri 17 faiz artaraq 25 milyard dollara çatıb. Şirkətin reklam bölməsinin gəlirləri isə birinci rübdə 24 faiz artaraq 11,8 milyard dollar olub.


Şirkətin xərcləri çıxıldıqdan sonra “Amazon”un xalis mənfəəti birinci rübdə təxminən 3,3 dəfə artaraq 10,4 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə təxminən 3,2 milyard dollar xalis mənfəət açıqlamışdı. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
9
sfera.az

8Mənbələr