AZ

"Əmanətlərin qaytarılması ilə bağlı ƏSF tərəfindən ədalətsiz fəaliyyət müşahidə olunmayıb"

Azərbaycan Mərkəzi Bankı (AMB)  bankların ləğvetmə prosesində, hələ ki bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ədalətsiz fəaliyyət müşahidə etməyib. 

"Depozit faizləri artsa da, kredit faizlərində artım olmayıb"

FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında deyib.

Sədr çıxışında vurğulayıb ki, "İlk növbədə bildirmək istəyirəm ki, AMB ləğvetmə prosesinə nəzarət edir. Bizə çox müraciətlər daxil olub ki, əmanətlərimiz qaytarılmır. Amma araşdırdıqdan sonra görürük ki, ləğvedici daha haqlıdır, nəinki müraciət edən. 2 ildir vəzifədəyəm, bu günə kimi belə bir müraciət olmayıb ki, nəzarət orqanı olaraq yoxlayaq görək ki, əmanət ləğvedici tərəfindən qaytarılmayıb."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
fed.az

4Mənbələr