AZ

Ukraynada 300 minə yaxın qaçqın daha pensiya almayacaq

Ukraynada 300 minə yaxın məcburi köçkün bundan sonra pensiya almayacaq.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Pensiya Fondu məlumat yayıb.

Məlumata görə, qurum həmin vətəndaşların fiziki şəxsiyyətlərini təsdiq edə bilməyib.

Qeyd edək ki, Ukraynanın bu il üçün 43,9 milyard dollarlıq büdcə kəsiri planlaşdırılır. Kiyev bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəməyi gözləyir. Ölkə hakimiyyəti dəfələrlə sosial xərclərin azaldılması ilə bağlı xəbərdarlıq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
milli.az

2Mənbələr