AZ

Taleh Kazımov “Naxçıvan Bank”la bağlı məsələyə aydınlıq gətirib

“Naxçıvan Bank”ın hər hansı bir maliyyə problemi yoxdur.

KONKRET.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

“Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi, və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərini sayı digər banklara nisbətən çox aşağıdır”, – deyə AMB sədri əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
13
Mənbələr
Şərh ()
Bağla