AZ

Uşaq evdən 45 min oğurlayıb bağda gizlətdi

Tarix: 1 May 2024 11:24

Lənkəranda evdən 23 500 dollar (39 950 AZN ) və 5000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub. 
Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
15
sonxeber.net

10Mənbələr