AZ

“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya üçün həmrəylik ili” elanedilməsi ilə əlaqədar müxtəlif ekoloji layihələrin həyatakeçirilməsinə başlanılıb.

Belə layihələrdən biri də “McDonald’s Azərbaycan”ın “Care Group”ilə birgə həyata keçirdiyi “Eco-Ambassadors” təşəbbüsüdür.

Bu təşəbbüs çərçivəsində Azərbaycan Ekologiya və Təbii SərvətlərNazirliyinin dəstəyi ilə aprelin 26-da Müşfiqabad qəsəbəsindəağacəkmə aksiyası keçirilib. Tədbirdə “McDonald's Azərbaycan”şirkətinin əməkdaşları və 11 saylı inteqrasiya təlimli internatməktəbinin 100 şagirdi iştirak edib.

Aksiya çərçivəsində bir gün ərzində 200-dən çox ağac əkilib ki,bu da ətraf mühitin yaxşılaşdırılmasına mühüm töhfədir.

Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinininkişafına yönəlib. Aksiya iştirakçıları təbiətin qorunmasına töhfəverməklə yanaşı, ətraf mühitin mühafizəsinin gələcək nəsillər üçünəhəmiyyəti haqqında dəyərli təcrübə və biliklər əldə ediblər.

İlin sonuna qədər davam edəcək “Eco-Ambassadors” layihəsininməqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılmasıvə mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır.Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafıərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dairmaarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması vəplastik tullantıların idarə olunması üçün konteynerlərinquraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları,gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanmasıvə digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətləryeniyetmələr arasında xüsusi bacarıqların inkişafına köməkedəcəkdir.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi daim “McDonald’sAzərbaycan” şirkətinin prioritet istiqamətləri sırasında olub vəbu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Buratullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi,plastikdən istifadənin azaldılması, daha ekoloji təmizqablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Buyolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizingələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.

“McDonald's
“McDonald's
“McDonald's
“McDonald's
“McDonald's
“McDonald's
“McDonald's
“McDonald's
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
14
az.trend.az

10Mənbələr