AZ

“Paşinyan Erməni Apostol Kilsəsinə qarşı “hibrid müharibə” başladıb” – Erməni hüquqşünas

Paşinyanın partiyası Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı “hibrid müharibə” başladıb.

İnterpress.az xəbər verr ki, bunu erməni hüquqşünas Ruben Melikyan Facebook-da yazıb. O bldirib ki, “Mülki Müqavilə” Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı “hibrid müharibə”yə başlayıb.

Onun sözlərinə görə, bu, dünən başlamayıb, “2018-ci ildə hakimiyyətin ələ keçirilməsinin ilk günlərindən” başlayıb.

“Mən kilsəmizə yaxınam” demək kifayət deyil.” Hətta kilsəmizi müdafiə etmək üçün bəzi əməlləri həyata keçirmək də yetərincə deyil. Əvvəlcə vəziyyəti başa düşməlisiniz. Vəziyyəti həm yerli (erməni), həm də qlobal (dünya) tendensiyalar kontekstində dərk edin.

Əgər vaxtınız varsa, Rus Pravoslav Kilsəsinin ən xarizmatik liderlərindən biri olan Metropolit İlarionun “İsa Məsih: Həyat və Təlimlər” kitabının son hissəsini oxuyun. Düşünürəm ki, bu, düşməni daha yaxından tanımaq və qlobal tendensiyaları daha yaxşı anlamaq baxımından çox faydalı olacaq”, – Melikyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
50
Mənbələr
Şərh ()
Bağla