AZ

Çində avtomobil yolu çökdü: 19 nəfər öldü

Çinin Quandun əyalətində magistral yolun çökməsi nəticəsində azı 19 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, Çinin cənubunda leysan yağışların təsiri altında olan Quanqdonq əyalətinin Meyçjou şəhərində avtomobil yolu çöküb.

Çin dövlət televiziyasından verilən açıqlamada Meizhou-Dabu magistralının 17,9 metrlik hissəsinin yerli vaxtla saat 02.10 radələrində çökməsi nəticəsində 18 avtomobil yolda qalıb.

Hadisə nəticəsində 19 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi, həyati təhlükəsinin olmadığı qeyd edilərkən, axtarış-xilasetmə əməliyyatına 500-dən çox şəxsi heyətin qatıldığı qeyd edilib.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
bakupost.az

2Mənbələr