AZ

Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb - NAZİRLİK

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 2 tüfəng, 3 patron darağı və 95 müxtəlif çaplı patronu təhvil götürüblər.

Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 7 tüfəng və 60 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
13
sia.az

10Mənbələr