AZ

“Qara qızıl” fondu bu il 3 ton qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə 3 tona yaxın qızıl alıb.
ARDNF-nin bununla bağlı məlumatında bildirilir ki, cari ilin əvvəlinə kimi adıçəkilən qurumun qızıl ehtiyatı 101,8 ton təşkil etdi­yi halda, aprel ayının 1-nə həmin göstərici 104,6 tona qədər yüksə­lib. Başqa sözlə, ARDNF qızıl ehti­yatını son üç ayda 2,8 ton və ya 2,8 faiz artırıb.
Qeyd edək ki, bu ilin ilk rübün­də ARDNF-in investisiya portfelin­də qızılın payı 13,2 faiz təşkil edib.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
3
xalqqazeti.az

10Mənbələr