AZ

"Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayırıq" - Ukrayna XİN

Image

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmaları alqışlayır. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında dövlətlərinin suverenliyinə hörmət, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən imtina əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və sabitliyin təmin edilməsi, regionda təhlükəsizlik üçün zəruri şərtdir.

“Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik. Ukrayna Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır”, - deyə bəyanatda vurğulanıb.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
29
Mənbələr
Şərh ()
Bağla