AZ

“Nə qardaşdan, nə atadan qorxurlar” - Nəzakət Teymurova

“Bəziləri böyük-kiçik, mədəniyyət, soykök bilmirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova “Rəngarəng səhər” verilişində deyib.

Gənc ifaçılardan gileylənən sənətçi əsəblərinə hakim kəsilə bilməyib:

“Efirdə bu müğənnilərə nəzarət edilməlidir. Bu adamlar nə qardaşdan, nə atadan, nə elindən-obasından qorxurlar. Çəkinəcəkləri yer yoxdur. Deyirlər ki, “gedəcəm efirə “partladacağam”, sosial şəbəkələrdə gündəm olacam”. Bunlar düşünmürlər ki, oxuduqları nədir. İnsanın məsləyi olmalıdır. Mən 2,3 dəfə gözəlliyimlə çıxıramsa, növbəti dəfələrdə nə ilə çıxacam?”

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
bakivaxti.az

1Mənbələr