AZ

Ukrayna Rusiyada neft emalı zavodunu PUA-larla vurub, yanğın baş verib

Ukrayna Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dronlarla hücum edib, nəticədə zavodda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “BAZA” “Telegram” kanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum gecə saat üç radələrində olub.

Yerli sakinlərin jurnalistlərə verdiyi məlumata görə, əvvəlcə gurultu eşidilib, sonra isə iki partlayış baş verib.

Hazırda əraziyə müvafiq strukturların bölmələri cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
apa.az

10Mənbələr