AZ

Tələbə ABŞ-nin 6 nüfuzlu universitetinə QƏBUL OLUB

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.

 

AzEdu.az xəbər verir ki, tələbələrin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu- Hempşir Universitetinə qəbul alıb.

 

Nihad təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqat köməkçisi olaraq çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır.

 

Nihad BANM-in fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-ə 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalistlərindən biri olub. “SOCAR Türkiyə” də daxil olmaqla, SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
200
6
azedu.az

7Mənbələr