AZ

Nyu-York polisi Fələstin tərəfdarlarının ələ keçirdiyi universitet kampusuna basqın edib

Nyu York polisi tələbələr tərəfindən ələ keçirilmiş "Hamilton-holl"a basqın edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Nyu-York polisi Kolumbiya Universitetinin "Hamilton-holl" kampusunun ətrafındakı ərazini mühasirəyə alıb və daha əvvəl Fələstin tərəfdarları və tələbələr tərəfindən ələ keçirilmiş binaya basqına başlayıb.

"Biz buranı təmizləyirik", - deyə polislər "Hamilton-holl"un barrikadalı girişinə yaxınlaşarkən qışqırıblar. Bundan sonra kampusa basqın etməyə başlayıblar.

"The Washington Post"a görə, onlarla polis iğtişaş texnikası ilə binaya ikinci mərtəbənin pəncərəsindən nərdivanlarla daxil olub. Bundan sonra kütləvi saxlanılmalar başlayıb: etirazçılar əlləri bağlanmış halda kampusdan çıxarılıb. "The New York Times" qəzetinin yazdığına görə, "Hamilton-holl"da 60-a qədər etirazçı olub, lakin onlardan neçəsinin saxlanıldığı bəlli deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17919
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12756
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10133
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4410
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4014
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3311
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2681
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2326
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1615
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1116
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1003
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
997
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
899
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797