AZ

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb (FOTO)

Bakı. Trend:

Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsiAvropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanımÜlviyyə Fətəliyeva Vətənə dönüb.

Trend-inməlumatına görə, idmançını Heydər Əliyev Beynəlxalq AeroportundaAzərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları,azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələriqarşılayıblar.

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşviliilə heç-heçə edərək qitə çempionluğunu qazanıb.

Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımızrəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlararasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur.Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilkazərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Avropa
Avropa
Avropa
Avropa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
19
az.trend.az

10Mənbələr