AZ

Robin van Persi bu klubunun baş məşqçisi olacaq

Hollandiya millisinin sabiq hücumçusu Robin van Persi ölkəsinin "Herenven" klubunu çalışdıracaq.   Manset.az  report-a istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayacaqlar. 40 yaşlı veteran futbolçu bu postda Kes van Vondereni əvəzləyəcək. "Herenven" Hollandiya çempionatında sona 3 tur qalmış 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Robin van Persi "Feyenoord", "Arsenal", "Mançester Yunayted" və "Fənərbağça" klublarının şərəfini qoruyub. Məşqçi kimi "Feyenoord"un gənclərdən ibarət komandasını çalışdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
4
Mənbələr
Şərh ()
Bağla