AZ

Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər - Pentaqon

Bakı. Trend:

Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlıolmamalıdır.

Trend-in məlumatına görə, bu bəyanatla ABŞ-ın müdafiə nazirininkosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı MeridianMərkəzində çıxış edib.

“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər,xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər",- deyəCon Plum qeyd edib.

Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosdayerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddiyanaşır.

Qeyd edək ki, bu ilin fevralında ABŞ hökuməti, o cümlədənPrezident Cozef Bayden səviyyəsində Rusiyanı sübut təqdim etmədənkosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirməkdəittiham edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
az.trend.az

9Mənbələr