AZ

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

"Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib.

O qeyd edib ki, bu məsələ ilə Blinken şəxsən məşğul olur: "Blinken dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
7
milli.az

10Mənbələr