AZ

Büdcə kəsiri ABŞ iqtisadiyyatının başına bəla aça bilər: Nazir narahatdır

ABŞ-ın büdcə kəsiri azaldılmasa, bu, ölkə iqtisadiyyatına təhdid yaradacaq.

Musavat.com xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Canet Yellen səsləndirib.

O, kəsirin azaldılması üçün addımlar atılmayacağı təqdirdə, ölkənin hara gedəcəyini bilmədiyini deyib: "Mövcud vəziyyətdən narahat olduğumu söyləməzdim, amma kəsiri azaltmaq üçün addımlar atmasaq, hara getdiyimizdən narahatam".

Yellen qeyd edib ki, ABŞ prezidenti Co Baydenin 2025-ci maliyyə ili üçün (ABŞ-da 2024-cü il oktyabrın 1-dən başlayaraq) təklif etdiyi büdcədə növbəti 10 il ərzində büdcə kəsirinin azaldılması üçün tədbirlərin görülməsiən 3 trilyon dollar xərclənməsi nəzərdə tutulub.

Bundan əvvəl Ağ Ev 2025-ci maliyyə ili üçün ümumi xərcləri 7,266 trilyon dollar, gəlirləri isə 5,485 trilyon dollar nəzərdə tutan büdcə layihəsini dərc edib. Sənəddən aydın olur ki, büdcə kəsiri 1,781 trilyon dollar olmalıdır. 2024-cü maliyyə ilində ABŞ-ın büdcə xərcləri 6,941 trilyon dollar, gəlirlər 5,082 trilyon dollar, büdcə kəsiri isə 1,859 trilyon dollar olmalıdır.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
musavat.com

4Mənbələr