AZ

"Məktəblilərin respublika çempionatı"nın Quba-Xaçmaz zona birinciliyi keçirilmişdir

Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə "Məktəblilərin respublika çempionatı"nın Quba-Xaçmaz zona birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nohbalayev, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov və Xaçmaz Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Nəriman Babayev yarış iştirakçılarını salamlayaraq, bu miqyaslı birinciliklərin idmançıların ustalığının artırılması, onlar arasında rəqabətin yüksəlməsi və beynəlxalq yarışlarda regionlardan olan idmançıların çıxış etmə şansının artması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, güləşçilərə qarşılaşmalarda uğurlar diləmişlər.

Yarış 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında 11 müxtəlif çəki dərəcəsində keçirilmişdir.

Gərgin və güzəştsiz mübarizə şəraitində keçən Quba-Xaçmaz zona birinciliyində Xaçmaz sərbəst güləşçilərindən Yusuf Abdullayev (35 kq), Süleyman Şirinov (38 kq), Ömər Həsənzadə (41 kq), Amin Əhmədov (44 kq), Mehdi İslamov (57 kq) və Cahid Hüseynov (85 kq) I yeri, Davud Yunusov (38 kq), Turqut Əhmədov (52 kq) və Ceyhun Seyidverdiyev (62 kq) II yeri tutaraq final mərhələsinə vəsiqə qazanmışlar. Daha bir güləşçi Həsən Sahibov (35 kq) III yerin sahibi olmuşdur.

İdmançılarımıza final mərhələsində uğurlar arzulayırıq!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
4
Mənbələr
Şərh ()
Bağla