AZ

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Görkəmli

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, konfransın keçirilməsində məqsəd XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Əli Tudənin yaradıcılığını yenidən Azərbaycan cəmiyyətinə təqdim etməkdir. Qeyd edib ki, görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudə ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olmuş və Azərbaycanın milli-mənəvi bütövlüyünün təmin edilməsi, eləcə də azadlıq, vətənpərvərlik ruhunda mükəmməl lirik əsərlər meydana gətirmişdir.

Əli Tudə yaradıcılığının ideya-mövzu və bədii sənətkarlıq cəhətdən zəngin olduğunu deyən akademik İsa Həbibbəyli ədibin vətəndaş şair kimi özünün ictimai-siyasi baxışlarını dövrünün çətinliklərinə baxmayaraq cəsarətlə lirik əsərlərində tərənnüm etdiyini bildirib. “Əli Tudənin bütün yaradıcılığı çoxcəhətli lirikasından ibarətdir. Onun poeziyasında süjet xətti və qəhrəmanlar var. Həmçinin publisistikasında lirik notlar müşahidə edilir və özünəməxsus bədii keyfiyyətlərə malikdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Əli Tudənin keşməkeşli həyatının yeni nəsillər üçün bir nümunə olduğunu deyən AMEA rəhbəri Ədəbiyyat İnstitutunda şairin həyat və yaradıcılığının tədqiq edildiyini, kitablarının işıq üzü gördüyünü, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov tərəfindən Əli Tudənin yaradıcılığına dair dissertasiya işinin müdafiə olunduğunu vurğulayıb. Qeyd edib ki, Ədəbiyyat İnstitutunda hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi”nin Cənubi Azərbaycan bölməsi qısa müddət ərzində institutun Cənubi Azərbaycan şöbəsi tərəfindən yazılaraq yekunlaşdırılıb və həmin bölmədə Əli Tudəyə dair ayrıca oçerkə yer verilib.

Bu gün şairin azadlıq ruhlu şeirlərinin cənublu soydaşlarımızın ana dilində təhsil və mədəniyyət uğrunda mübarizələrinin carçısına çevrildiyini deyən akademik İsa Həbibbəyli elmi sessiyanın ədəbiyyatşünas alimlərin Əli Tudənin yaradıcılığına göstərdiyi diqqət və ehtiramının ifadəsi olduğunu söyləyib.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu Əli Tudənin 100 illiyinin 44 günlük Vətən müharibəsindən sonra keçirilməsinin rəmzi məna daşıdığını deyib: “Əli Tudə 50 poemanın, 60 kitabın müəllifidir, şeirləri müxtəlif dillərdə, müxtəlif ölkələrdə çap olunub. Şairin poetik ideallarını daha yaxından duymaq üçün onun əsərlərindən seçmələrə nəzər salmaq yerinə düşər”.

Elmi sessiyada filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov “Əli Tudənin yaradıcılıq yolu”, filologiya elmləri doktoru, dosent Esmira Fuad “Əli Tudənin yaradıcılığında folklor”, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli “Əli Tudənin yaradıcılığında həsrət mövzusu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmizər Mehdibəyova “Əli Tudənin nəsri” və böyük elmi işçi Lətifə Mirzəyeva “Səməd Vurğun və Əli Tudənin ünsiyyət dünyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda ailəsi adından şairin oğlu Natiq Cavadzadə çıxış edərək atasının şeirlərindən nümunələr səsləndirib və tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. Atası haqqında əlavə məlumat verərək Əli Tudənin 2 dəfə sürgün olunduğunu, vətənindən ayrı düşdüyünü diqqətə çatdırıb. Əli Tudənin əsasən vətənpərvər şair kimi qəbul olunsa da, başqa mövzularda da gözəl əsərləri olduğunu deyib. Atasının Savalan dağının ətəyində yerləşən Çanaqbulaq kəndində doğulduğunu, həmişə oranın həsrətini çəkdiyini vurğulayıb. Bildirib ki, vaxtilə onunla gələn Cənubi Azərbaycan şairləri cənuba getsələr də, o, doğma torpağına gedə bilməyib. Bunun da əsas səbəbi onun siyasi mühacir pasportu daşımağı olub. Həmçinin bildirib ki, atasının əsərlərini toplayaraq 20 cildliyini çap etdirib.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21593
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19406
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17764
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17105
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16948
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16166
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15602
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12112
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9626
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8595
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8051
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7604
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6448
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807