AZ

Oğuzda 77 yaşlı qadın sirkə turşusundan ZƏHƏRLƏNDİ

Oğuzun Muxas kənd sakini 77 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, axşam saatlarında Muxas kənd sakini 77 yaşlı Saniyə İdrisova kəskin zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlər tərəfindən müayinə edildikdən sonra məlum olub ki, Saniyə İdrisova sirkə turşusundan zəhərlənib.
Xəstəxanada ahıl qadına ilkin tibbi yardım göstərilməsinə, müayinələr aparılmasına baxmayaraq, onun vəziyyəti qənaətbəxş olmadığından həkimlərin məsləhəti ilə müayinə və müalicə olunmaq üçün Şəki Rrayon Mərkəzi Xəstəxanasına göndərilib.

77 yaşlı qadın Şəkidə dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
6
bizim.media

6Mənbələr