AZ

Tbilisidə polislə etirazçılar arasında QARŞIDURMA: xəsarət alanlar var

Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament qarşısında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qarşıdurma zamanı hər iki tərəfdən xəsarət alanlar olub. Zərərçəkənlər arasında media nümayəndələri də var. Onlara təcili tibbi yardım briqadaları tərəfindən yerində yardım göstərilir.

Son məlumata görə, polis və xüsusi təyinatlılar toqquşmalara səbəb olan insanları parlament binasının arxa hissəsindən uzaqlaşdırmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə edirlər. Hazırda insanlar tədricən Gürcüstan parlamentindən uzaqlaşdırılır.

Qeyd edək ki, aprelin 30-da Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı növbəti mitinq başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
publika.az

6Mənbələr