AZ

Qumar oyunlarının reklamı qadağan edildi – Bolqarıstanda

Bolqarıstan Xalq Məclisinin deputatları iyunun 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi yekun iclasında KİV-də qumar oyunlarının reklamını qadağan ediblər.

KONKRET.az xəbər verir ki, sənəd parlamentin rəsmi saytında yayımlanıb.

İkinci və yekun oxunuşda qəbul edilən qanun layihəsi elektron və çap mediasında qumar oyunları reklamının qadağan edilməsini nəzərdə tutsa da, reklam lövhələrində və təhsil müəssisələrindən ən azı 300 metr məsafədə yerləşən idman zallarında buna icazə verir. Qumar zalları yalnız 10 mindən çox sakinin yaşadığı qəsəbələrdə, eləcə də kurort və sərhədyanı ərazilərdə açıla bilər.

Nova TV məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Qeyd olunub ki, qanun qısa müddətdə, maraqlı tərəflərlə müzakirə edilmədən qəbul edildiyindən ölkə mediasının iqtisadi müstəqilliyinə ciddi zərbə vuracaq.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
konkret.az

1Mənbələr